Avstriya Fələstinə yardım üçün nəzərdə tutlan 19 milyon dolları ödəmək fikrində deyil.
“AzPolitika.info” xəbər verir ki, Avstriyanın XİN başçısı Aleksandr Şallenberq belə bir bəyanatla çıxış edib.
Nazir bildirib ki, Avstriyanın bu qərarı HƏMAS-ın İsrailə qarşı hücumuna cavab addımıdır. Bu zaman Avstriya HƏMAS-la Mahmud Abbasın başçılıq etdiyi Fələstin muxtariyyəti arasında fərq qoymayıb. Ümumiyyətlə, Qərb dövlətləri Fələstinə edilən maliyyə yardımlarının silahlanmaya yönəldilməsindən ehtiyatlanır.
“AzPolitika.info”


Şərhlər