Menu

Bayden İsraildə həlak olan vətəndaşlarının sayını açıqladı

10.10.2023, 10:44
Bayden İsraildə həlak olan vətəndaşlarının sayını açıqladı

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının İsrailə qarşı hücumları nəticəsində ən azı 11 ABŞ vətəndaşı həlak olub.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

Bəzi ABŞ vətəndaşlarının hələ də itkin olduğunu bildirən Bayden, bu şəxslərin harada olduğu barədə məlumat almaq üçün İsrail rəsmiləri ilə birlikdə çalışdıqlarını deyib.

Bayden həmçinin ABŞ-dakı yəhudi mərkəzləri ətrafında təhlükəsizliyin artırıldığını və Daxili Təhlükəsizlik Departamentinin, FTB-nin və digər əlaqədar qurumların müvafiq terror hücumu ilə əlaqəli ola biləcək təhlükəni yaxından izlədiyini bildirib.

Bayden onu da əlavə edib ki,“ABŞ və İsrail ayrılmaz tərəfdaşlardır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol