Menu

“Bu hücum qanuni və təbiidir” – “Zamanında Netanyahunun cinayətlərini dayandırsaydı...”

10.10.2023, 12:35
“Bu hücum qanuni və təbiidir” – “Zamanında Netanyahunun cinayətlərini dayandırsaydı...”

İran beynəlxalq birliyi Fələstin xalqını qorumağa çağırıb

“Əgər Avropa və Qərb zamanında Netanyahunun cinayətlərini dayandırsaydı, ikili standartlar tətbiq etməsəydi, Fələstin indiki duruma düşməzdi”.

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, bunu İranın XİN başçısı Hüseyn Abdollahyan Avropa diplomatiyasının başçısı Jozef Borrellə telefon söhbətində bildirib. O, beynəlxalq birliyi Fələstin xalqını qorumağa çağırıb.

Borrel isə cavabında Avropa İttifaqının Netanyahunun siyasətini tənqid etdiyini xatırladıb. Lakin onun fikrincə, indi əsas məsələ bu yox, sülhə nail olmaqdır.

Abdollahyan həmçinin, öz sosial şəbəkə hesabında HƏMAS-ın hücumuna haqq qazandırıb və qeyd edib ki, bu hücum “qanuni və təbiidir”.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol