Menu

Ceyhun Bayramov İƏT Nazirlər Şurasını Qarabağ və Şərqi Zəngəzura qayıdışla bağlı məlumatlandırıb

10.10.2023, 14:38
Ceyhun Bayramov İƏT Nazirlər Şurasını Qarabağ və Şərqi Zəngəzura qayıdışla bağlı məlumatlandırıb

“İşğaldan azad olunmuş ərazilərlə bağlı Böyük Qayıdış Proqramı bizim dövlətimizin əsas prioritetləri sırasındadır. Bu Proqram çərçivəsində keçmiş məcburi köçkünlər artıq Laçına, Füzuliyə, Ağalı, Zabux və Talış kəndlərinə köçürülüb”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında çıxışı zamanı bildirib.

Qarşıdan gələn 3 ildə təxminən 100 minə yaxın keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasının planlaşdırıldığını vurğulayan nazir deyib: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi ilə yanaşı, əhalinin davamlı şəkildə köçürülməsi və layihələrin icra olunması bu ərazilərin inkişaf etmiş regiona çevrilməsinə şərait yaradır”.

Şərhlər

keçmiş diplomat 2023-10-10 23:12:55

ceyhun bayramovun rəxbərlik etdiyi xarici işlır nazirliyində korrpusiya tüğyan edir, hər şey alınır, hər şey satılır, adını da qoyublar islahat.... bunun mammedyarovdsan heş bir feqi yoxmuş...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol