Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin sonuna illik inflyasiyanın 6 % civarında olacağını proqnozlaşdırır.
“Report” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bildirib.
"Bu ilin avqust ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 108 % təşkil edib. Yəni əmtəə və xidmətlər 8 % bahalaşıb. Bura həm ərzaq, həm də qeyri-ərzaq malları aiddir. Proqnozlarımız göstərir ki, bu ilin sonuna illik inflyasiya 6 % civarında olacaq. Bu da AMB-nin hədəf diapazonununa (4+-2) yaxındır və iqtisadi inkişafımız üçün vacibdir. Bizim əsas məqsədimiz də elə inflyasiyanın idarə edilməsidir", - deyə o qeyd edib.
Bundan başqa, baş bankir deyib ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının məzənnəsindəki kəskin dəyişikliklərin yerli valyuta bazarına, milli valyutanın - manatın məzənnəsinə birbaşa təsiri yoxdur: "Bizim ticarət tərəfdaşlarımızın milli valyutaları ucuzlaşanda qısa müddətdə, yəni 3-6 aylıq inflyasiyamız azalır. Çünki o ölkələrdən idxal olunan mallar ucuz olur. Ticarət tərəfdaşlarımızın milli valyutalarında ucuzlaşma uzunmüddətli olsa, bu, həmin ölkələrdə inflyasiyanı artıracaq, 3-6 aydan sonra həmin inflyasiya ölkəmizə də idxal olunacaq".


Şərhlər
Azərbaycanda İnflyasiya məlumatı göstəriş üzrə yazılır. Göstəriş alsanız infilyasiyanı 0 faiz də göstərəcəksiniz ki,maaş və pensiya arrımında nəzərə alasınız.Onsuz da Azərbaycanda əhalinin güzəranı hakimiyyəti maraqlandırmır.
Nağıllar alımində yaşayırıq.Sənin inflyasiya faizin özünə qalsın.Gözünü aç ətrafa bax!Gör ərzaq,xidmət nə qədər bahalaşıb.Qiymətlər hansı sürətlə qalxır.Sənin fiktiv rəqəmlərin kimə və nəyə Yarayır? Özünə sənət tap.Yalan ayaq tutar,amma yerimir.