Menu

İsrailin cənubunda 40-ı uşaq olmaqla, HAMAS-ın qətlə yetirdiyi 200 nəfərin cəsədi tapılıb

10.10.2023, 22:02
İsrailin cənubunda 40-ı uşaq olmaqla, HAMAS-ın qətlə yetirdiyi 200 nəfərin cəsədi tapılıb

İsrailin cənubundakı Kfar-Aza qəsəbəsində 200 cəsəd tapılıb.

APA xəbər verir ki, bu barədə i24 kanalı məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri bildirib ki, HAMAS yaraqlıları qəsəbədə evlərə soxularaq insanları öldürüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitləri evlərdən çıxarmağa davam edir.

Ölənlərin sayının artacağı istisana edilmir.

Ölənlər arasında körpələr də daxil olmaqla 40-a yaxın uşaq var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol