Menu

HƏMAS-ın hücumları nəticəsində İsraildə 4 Azərbaycan əsilli şəxs həlak olub - ADLAR (Yenilənib)

11.10.2023, 12:21
HƏMAS-ın hücumları nəticəsində İsraildə 4 Azərbaycan əsilli şəxs həlak olub - ADLAR (Yenilənib)

İsraildə HAMAS-ın hücumları nəticəsində həlak olan Azərbaycan əsilli şəxslərin adları məlum olub.

XİN-dən verilən xəbərə görə, həlak olanlardan Elkin Nəzərovun ikili vətəndaşlığı olub. 

O, dünən Kıryat Yamda dəfn edilib. Digər üç nəfər Şamil Abbasov, Emin Axundov və Roman Qandel isə İsrail vətəndaşlarıdır. 

***

İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol