Menu

Azərbaycanda orta aylıq nominal əməkhaqqı 11 % artıb

11.10.2023, 14:37
Azərbaycanda orta aylıq nominal əməkhaqqı 11 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 % artaraq 923 manata çatıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 706,6 min nəfər olub, onlardan 887,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 818,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,8 %-i təhsil, 12,8 %-i sənaye, 8,5 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,4 %-i tikinti, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,7 %-i peşə, elmi və texniki fəaliyyət, 3,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 %-i maliyyə və sığorta fəaliyyəti, 14,7 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Şərhlər

Fəqan 2023-10-11 16:32:22

Haradadır 900-1000manat maaş? Niyə yalan yazırsınız.Nə qədər yaan söyləmək olar?Onsanlar işsizlikdən.az maaşdan çəxəlmaz vəziyyətdədir,Siz isə nağıllar dünyasından xəbət verirsiniz.Ayıb deyil? !! faiz artım 40-60 faiz bahalaşma qarşısında nə effekti var? İnsanlar doyunca qidalana bilmirlazımi tibbi xodməti ala bilmir,Siz isəyalan rəqəmlərlə aldatmağa cəhd edirsiniz.Yorulmadınız? Ayıb deyil?Heç olmasa susun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol