Menu

İsrailin polisləri “yeni ssenari”yə hazırlanır – “İğtişaşlar gözlənilir”

11.10.2023, 14:43
İsrailin polisləri “yeni ssenari”yə hazırlanır – “İğtişaşlar gözlənilir”

Milli Təhlükəsizlik naziri və ifrat sağçı lider İtamar Ben Qvir Sderot polis bölməsinə səfəri zamanı polis komissarına "Divarların Mühafizəçisi 2" ssenarisinə hazır olmağı tapşırıb.

“AzPolitika.info” İsrail KİV-nə istinadla xəbər verir ki, sözügedən ssenari özündə 2021-ci ildə Həmas ilə münaqişəni müşayiət edən qarışıq yəhudi-ərəb şəhərlərində baş vermiş icma iğtişaşlarının təkrarlanması ehtimalını nəzərdə tutur.

Nazirlikdən bildirirlər ki, ərəblərin yəhudi-ərəb qarışıq şəhərlərində iğtişaşlar törətməsi ehtimalı istisna edilmir. Ben Qvir bazar ertəsi sərhəd qəsəbələrində, İordan çayının qərb sahilindəki yaşayış məntəqələrində və yəhudi-ərəb qarışıq şəhərlərində mülki təhlükəsizlik qruplarına avtomatik tüfənglər paylanacağını elan edərkən oxşar şərhlər edib.

Gündəlik “Maariv” qəzetinin yazdığına görə, yüksək vəzifəli hökumət rəsmiləri nazirin şərhlərinə görə tənqid edərək, onu “məsuliyyətsiz insan” adlandırıb və “özünü yığışdır” deyiblər. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol