Menu

Ermənistanda erməni-rus dostluğunu əks etdirən plakatı cırıblar

11.10.2023, 16:35
Ermənistanda erməni-rus dostluğunu əks etdirən plakatı cırıblar

Ermənistanın Ararat rayonunda erməni-rus dostluğunu əks etdirən plakat, eləcə də Ermənistan və Rusiya bayraqlarının əks olunduğu plakat naməlum şəxslər tərəfindən cırılıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

Abramyanın verdiyi məlumata görə, qeyd olunan hadisələr 26 sentyabr və 8 oktyabr tarixlərində baş verib.

Hər iki faktla bağlı cinayət işləri başlanıb və araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol