Menu

Kolumbiyada azərbaycanlı miqrant xilas edilib

12.10.2023, 00:47
Kolumbiyada azərbaycanlı miqrant xilas edilib

Kolumbiyanın sahil mühafizəsi xidmətinin əməkdaşları ölkənin San-Andres adası sahillərində keçirdikləri əməliyyat zamanı Azərbaycan vətəndaşı olan miqrant xilas edilib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, miqrantlar Azərbaycanla yanaşı, Ekvador, Venesuela və Çilidəndir. Miqrantların ümumi sayı 32 nəfərdir. Əməliyyat zamanı qanunsuz miqrant fəaliyyəti ilə məşğul olduğuna saxlanılanlar var.

San Andres adasının sahil mühafizəsinin regional komandiri Eduardo Solano Prada qanunsuz miqrantların Ekvador, Venesuela, Azərbaycan və Çili vətəndaşları olduğunu təsdiqləyib.

O, qeyd edib ki, faktla bağlı iki nəfər saxlanılıb. Prada saxlanılan şəxslərdən birinin daha əvvəl üç dəfə miqrant qaçaqmalçılığına görə yaxalandığını deyib.

Miqrantlar Kolumbiyanın Miqrasiya Xidmətinə təhvil veriləcək.

Şərhlər

dadaşyev 2023-10-12 01:14:40

Ekvadoru,Çilini,Veneselanı başa düşdük ee,Kolumbiyanın qonum-qonşularıdı,bədbəxt Azərbaycan vətəndaşının okeanın o tayında nə iti azıb?Yer kürəsinin yarısını miqrant kimi dolaşıb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol