Çin Xalq Respublikasının paytaxtında İsrail səfirliyinin əməkdaşına hücum olunub.
"AzPolitika.info" bu barədə İsrail mətbuatına istinadla xəbər verir.
İsrail Xarici İşlər Nazirliyi bildirib ki, İsrailin Pekindəki səfirliyinin əməkdaşı hücumdan sonra xəstəxanaya yerləşdirilib.
Diplomatın vəziyyəti stabildir. Nazirlik bildirir ki, hücum səfirlikdə baş verməyib, lakin motivi araşdırılır.
Rüfət
AzPolitika.info


Şərhlər