Menu

Hersoq bu suala çox əsəbiləşdi – Kütləvi qətliamlara belə haqq qazandırdı + VİDEO

13.10.2023, 13:22
Hersoq bu suala çox əsəbiləşdi – Kütləvi qətliamlara belə haqq qazandırdı + VİDEO

İsrail Prezidenti İsaak Hersoqun dünən axşam HƏMAS-İsrail qarşıdurması ilə bağlı keçirdiyi mətbuat konfransında gərgin anlar yaşanıb.

“AzPolitika.info” xəbər verir ki, “CNN” müxbiri mülki şəxslərin kütləvi şəkildə hədəfə alınmasının beynəlxalq hüquqa zidd olduğunu deyərkən Hersoq müxbirin sözünü kəsib və qəzbli şəkildə jurnalistə öz iradını bildirib

“Mən artıq buna cavab vermişəm. Yəqin siz cavabı eşitmədiniz. Bu sualları bir-birinin ardınca verdiyiniz üçün çox məyus oldum. İsrailin hərbi cinayətlərdə əlinin olub-olmaması məsələsini gündəmə gətirsiniz? Həqiqtənmi? Həqiqətənmi? Həqiqətənmi?”,-deyə o, bildirib.

Sualı verən müxbirə səsini ucaldaraq cavab verən Hersoq sözlərinə belə davam edib: “Baş verənləri görmürsən? Oradakı qarşıdurmalara görə bütöv bir xalq məsuliyyət daşıyır. Hücumlarda mülki şəxslərin iştirak etməməsi ilə bağlı deyilənlər tamamilə yanlışdır”.

Ardınca müxbir: “Görünür, siz Qəzza xalqını HƏMAS-ın etdiklərinə görə günahkar billirsiniz”, - deyə bildirib.

Hersoq isə belə bir şey demədiyini bildirərək bu ittihamı rədd edib: “Mən belə bir söz demədim. Əgər mətbəxinizdə bir raket varsa və o raketi bizə atmaq istəyirsinizsə, bizim özümüzü müdafiə etmək haqqımız yoxdurmu?”.

“AzPolitika.info”


Şərhlər

dadaşyev 2023-10-13 14:02:46

Cənab Hersoq müəllim,İranın “mətbəx”ində olan raketlər Qəzza tunellərindəki raketlərdən min dəfələrlə çoxdur və sizlərin də qatı düşmənidir İran rejimi,elə isə Tehranı niyə vurmursunuz,axı sizin özünüzü müdafiə etmək haqqınız var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol