Menu

Nazir pensiya yaşının azaldılması məsələsindən danışıb - "Əgər sistemi dağıtmaq istəyiriksə..."

13.10.2023, 14:01
Nazir pensiya yaşının azaldılması məsələsindən danışıb - "Əgər sistemi dağıtmaq istəyiriksə..."

"Azərbaycanda effektiv pensiya yaşı 62-dir və 65 yaş normativ yaşdır. Eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş çoxsaylı güzəştlər nəticəsində effektiv yaş 62-dir. Bu, dünyada ən aşağı yaşlardan biridir".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, ömür uzunluğu pariteti ilə götürsək, Azərbaycanda effektiv pensiyada olma müddəti 15 ildir: "Bu da pensiyada olmanın ən yüksək rəqəmlərindən biridir. Əgər biz pensiya sistemini, sosial təminat sistemini dağıtmaq istəyiriksə, istənilən opportunist illər, rəqəmlər səsləndirilə bilər. Gəlin deyək 30 yaşından pensiya olacaq, lakin bunun altında nəzəri, elmi təhlil olmalıdır. Dünyada ən uzunmüddətli pensiya dövrlərindən biri Azərbaycandadır. Bu da 15 ildir. Xüsusi güzəştli təbəqə - hərbçilər, əlilliyi olan insanlarımız və digərləri üçün pensiya dövrü 18 ildir. Bu da dünyada ən uzunmüddətli pensiya dövrlərindən biri hesab olunur. Bu rəqəmlər 1 milyon 100 min sayda pensiyaçıya əsaslanır".

Şərhlər

Azərbaycanlı 2023-10-13 23:02:29

Bu Sahil Babayev heç vaxt. milləti düşünən adam olmayacaq

Rasim Quliyev 2023-10-13 21:59:59

Qoyma özünü tülkülüyə, adə, əkinçi!
Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu kəc burma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi!

Mubariz 2023-10-13 16:02:46

ölüm statistikasına bax ,gör insanlar pensiya yaşına çata bilirlər ? 65- yaşda pensiya 70-yaşda qəbirsanlıq ,əla yaşayışdır

S.Babayevə 2023-10-13 15:45:08

Azərbaycanda pensiya və sosial ədalət sistemi o qədər eybəcər və uyğunsuz hala salınıb ki, bu sistemin davam etməsi ölkə əhalisinin yaşamını maksimum çəinləşdirib.Ona görə belə yaramaz sistem dağılmalı və normal,hummanist sistemə keçilməlidir.Yalan statistikaya əsaslanan sistem mütləq real şəraitə.reaə ömr uzunluğuna,normal yaşam şəraitinə uyğunlaşdırılmış sistemlə əvəz olunmalıdır.Yalnız bu zaman sistemin yararlığı yaranar.

Amon 2023-10-13 15:43:40

Bu SAHIL BABAYEVDEN PENSIYA YASINI AZALTMAQLA BAGLI XOS XEBER GOZLEMEYIN UC DORD REQEM ATACAQ ORTALIGA DEYECEK KI ALINMIR

dadaşyev 2023-10-13 14:14:59

Neft milyardları hesabına super təmin edilmiş halda, sultanlar kimi yaşadıqları gül çöhrələrindən bəlli olan məmurcuq və məmurcuqələr sürünənlər fəsiləsinə mənsub olan qara camaatın dərdini əsla və əsla anlamazlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol