"Gənclər arasında işsizlik daha yüksəkdir və bu, dünyada olan bütün ölkələr üçün xarakterikdir. Yəni gənclər arasında işsizlik hər zaman ölkə üzrə ümumi işsizlikdən artıq olacaq və bu, tam təbiidir".
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, dünyanın hər yerində gənclərin iş tapması daha çətindir: "Bunun üçün proqramlar olmalıdırmı, bəli, olmalıdır və biz bir çox proqramlar, layihələr üzərində işləyirik”.


Şərhlər
TEBBI SERVETI OGURLAYIN TEBBI HAL BAS VERSIN. NECE DE ABIRSIZDILAR
Varlı neft-qaz ölkəsində gənclər arasında işsizliyin yüksək olmasını normal,təbii hesab edən əmək və sosial müdafiə naziri!!! Görəsən bu adam işsizliyin aclıq,səfalət,rəzillik,miskinlik,onun-bunun qabağında əyilmək olduğunu bilirmi?Hardan bilsin?Bağırov kimi məktəbə deşikli qaloşla,yamaqlı şalvarda gedən,bir qarın ac-bir qarın tox yaşayan yetim olmayıb ki bilsin.Ay amaaan!Adam o qədər firavandı,o qədər rahatdı ki,sanki “Əmək və əhalinin sosial müdafiəsi nazirliyi”nin deyil,“Toxun Acdan Xəbəri Olmaz Nazirliyi”nin böyüyüdür.Ümumiyyətlə məlumatı yox dərəcəsindədi xalq nə gündədi.
Sahil ağa bu təbii halın nəyin nəticəsi olduğunu və belə halın gəncliyin gələcəyinə və yaşamına vurduğu ağır zrbənin təsirini anlayımı ?Anlasa belə mənasız izah verməz.Bəs belə anlaqsızlar necə nazir olur?