Menu

Ombudsman Füzulidəki mina partlamasına münasibət bildirib - Beynəlxalq ictimaiyyətə çağırış edib

13.10.2023, 15:13
Ombudsman Füzulidəki mina partlamasına münasibət bildirib - Beynəlxalq ictimaiyyətə çağırış edib

"Bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndində tank əleyhinə minanın partlaması nəticəsində bir mülki şəxs həlak olmuş, biri isə yaralanmışdır. Bu barədə Təəssüf ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin bitməsindən ötən 3 ilə yaxın müddətdə minaya düşərək həlak olan və ya xəsarət alan şəxslərin sayı 330-u keçmişdir və onlar arasında mülki şəxslər üstünlük təşkil edir".

Bunu Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva bildirib.

"Mina terrorunu davam etdirən Ermənistanın iştirakçısı olduğu beynəlxalq sənədlərə əsasən üzərinə düşən öhdəliklərə və bununla bağlı tərəfimizdən edilən davamlı çağırışlara laqeyd münasibət göstərməsi, dəqiq mina koordinatlarını ölkəmizə təqdim etməməsi insanların həyatına qəsd xarakteri daşıyır. Məhz bu səbəbdən minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsinə daha çox resurs və uzun zaman sərf olunur, yenidənqurma və qayıdış prosesi ləngiyir, eyni zamanda işarələnməmiş minalar çoxsaylı insanların həyatını itirməsinə səbəb olur", - o qeyd edib.

S.Əliyeva bütün bunları nəzərə alaraq, insanların həyat və sağlamlığının müdafiəsi naminə aidiyyəti beynəlxalq təşkilatları və dünya ictimaiyyətini Azərbaycanın məruz qaldığı bu ciddi problemlə bağlı qəti mövqe nümayiş etdirməyə çağırıb.

Şərhlər

Senan 2023-10-13 18:58:38

Hörmətli xanım sizin çağırışınız bir işə yarayırmı?

Vətəndaş 2023-10-13 15:38:06

İndiy qədər ombudsman göndərdiyi çağırışlara cavab alıbmı?Alıbsa açıqlasınlar.Axı bu qurumun Azərbaycanda fəaıiyyətinin nəticəsi olmadığı ortada olduğu halda bu quruma dövlət-xalq vəsaitinin sərf edilməsinin əsası yoxdur və bu qurum bəzilərinə kormuşkata çevrilib.Ləğv edilməli və ya işgüzar,təcrübəli insanlar bu qurumda yer almalıdır.Zatən Süleymanova da boş bir yer idi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol