Menu

Beynəlxalq Ədalət Məhkəməsindən Azərbaycana qarşı qərəz - VİDEO

13.10.2023, 23:31
Beynəlxalq Ədalət Məhkəməsindən Azərbaycana qarşı qərəz - VİDEO

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı işi üzrə dinləmələrdə iddia edilib ki, guya Azərbaycan Qarabağ ermənilərinə qarşı etnik təmizləmə həyata keçirib.

Tələblər isə budur ki, ermənilərin öz evlərinə qayıtmaq haqqını, həmçinin təhlükəsiz yaşayışını təmin etmək üçün Azərbaycan hərbi qüvvələri Qarabağdan çıxarılmalı, üstəlik bölgədə daimi fəaliyyət göstərəcək beynəlxalq mexanizm yaradılmalıdır.

Halbuki BMT Azərbaycan əraziləri işğala məruz qalanda qətiyyətsizlik göstərərək işğal olunmuş ərazilərə gəlməyib. Şəhərlərimizin kəndlərimizin milli, dini və tarixi abidələrimizin vandallıqla dağıdılmasına şahid olmaq istəməyib.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Şərhlər

dadaşyev 2023-10-14 10:29:41


Ailələrdə təzə gəlin çoxbilmiş olanda qayınanasız-qayınatasız yaşamaq üçün ərinin beynini doldurur ki,məhkəməyə verək evdən bizə düşəcək payı alaq,gedək ayrıca yaşayaq.Ər də deyir camaatdan ayıbdı,duran yerdəcə ata-anamı necə məhkəməyə verim?Gəlin o zaman deyir “onda gedək kirədə yaşayaq,üç-dörd aydan sonra məhkəməyə ərizə verək ki,bizi evimizdən döyüb-söyüb zorla çıxardıblar,məcbur olub kirələrdə yaşayırıq,xahiş edirik evi böləsiniz ki payımızı alaq,kirələrdən qurtulaq".Məhkəmə də bölür,çünki qanun bunu tələb edir.Və heç kim də oğulu-gəlini qınamır,çünki fırıldaq qurduqlarından heç kimin xəbəri yoxdu axı.Doğrudan da qovulub qovulmadıqlarını bir ata-ana bilir,bir də oğul-gəlin.Ermənilərin Qarabağdan öz xoşlarıyla getdikdən sonra məhkəməyə müraciət etmələri elə buna bənzəyir.İndi aydın olurmu niyə antiterror əməliyyatından sonra ermənilər təcili olaraq Qarabağdan çıxıblar?Çıxmasaydılar məhkəmə deyərdi etnik təmizləmə olubsa niyə Qarabağdasınız?Madam ki Qarabağdasınız,Azərbaycan ordusu və polisi də sizə mehribanlıqla yanaşır,nə deyib beynəlxalq sülhməramlıları göndərək?Çıxın ki,deyək sizi zorla çıxarıblar Qarabağdan,qərar verək ki qayıtmağınız təmin olunmalıdır,beynəlxalq qoşun da göndərək Azərbaycan adlı evi bölüb bir otağını sizə verək,evdən “qanunən” pay alın.Allah Allah!Beynəlxalq miqyasda işlənən fırıldağa bax ee!Sanki beynəlxalq məhkəmə polis şöbəsidi,erməni də ərinin şiddət uyqulamasından şikayət edən arvad,evi bölüb bir hissəsini arvada verməlisiniz deyir,üstəlik ərə uzaqlaşdırma yasağı çıxardır ki bu territoriyaya yaxın dura bilməzsən.Ay ədalət məhkəməsi,vallah bunnansan, ANANAS KİMi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol