Menu

"Bizim üzvlüyümüzlə bağlı Türkiyənin yeni tələbi yoxdur" - İsveçin Baş naziri

14.10.2023, 09:28
"Bizim üzvlüyümüzlə bağlı Türkiyənin yeni tələbi yoxdur" - İsveçin Baş naziri

Türkiyə daha İsveçin NATO-ya üzvlüyü ilə bağlı yeni tələblər irəli sürmür. 

"AzPolitika.info" «Bloomberg»ə istinadla xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson bəyan edib. 

Birləşmiş Ekspedisiya Qüvvələri sammitində jurnalistlərə danışan Kristersson bildirib ki, Stokholm öz «üzərinə düşən işi» görüb.\

«PKK-nın maliyyələşməsinin və ya Türkiyəyə qarşı yönələn fəaliyyətlərin qarşısını almaq üçün, Türkiyə ilə əməkdaşlıqla bağlı öhdəliklərimizi yerinə yetirmişik», — deyə İsveçin Baş naziri vurğulayıb. 

O, həmçinin iki ölkənin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri arasında əməkdaşlığın da «yaxşılaşdığını» qeyd edib. Kristerson əlavə edib ki, NATO-dakı digər ölkələr İsveçin üzvlüyü ilə bağlı Türkiyə parlamentinin ratifikasiyasını səbirsizliklə gözləyirlər. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol