Qəzzanı idarə edən HƏMAS hərəkatı Rusiyanın İsrail təcavüzünə son qoymaq üçün səylərini alqışladığını bildirib.
"AzPolitika.info" barədə CNN-ə istinadla xəbər verir.
HƏMAS-ın yaydığı bəyanatda deyilir: «Rusiya prezidenti Vladimir Putinin sionistlərin xalqımıza təcavüzü və Qəzzanın mühasirəsi, humanitar yardımların kəsilməsi və mülki şəxslərə hücumlarına qarşı çıxması ilə bağlı mövqeyini yüksək qiymətləndiririk».
Xatırladaq ki, Putin İsrail və HƏMAS arasında döyüşlərdə hər iki tərəfi mülki itkiləri minimumlaşdırmağa və ya sıfıra endirməyə çağırıb.
RüfətAzPolitika.info


Şərhlər