İsrail Ordusunun Qəzza zolağında quru əməliyyatına başlaması bu gün nəzərdə tutulsa da, buludlu hava şəraiti ilə əlaqədar təxirə salınıb.
APA-nın xəbərinə görə, bu barədə “The New York Times“ İsrail Silahlı Qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilib ki, buludlu hava şəraitində pilotsuz uçuş aparatlarının quru qoşunlarını dəstəkləməsi çətin olduğu üçün əməliyyat təxirə salınıb.


Şərhlər
Cins itlər güclü,qüvvətli olur,amma küçə itləriylə boğuşmaqdan çəkinərlər.Çünki cins itlər küçə itlərindən fərqli olaraq boğuşmaq texnikasını bilməzlər,belə ki cins itlər rejimlə yedirilərlər,sığallanarlar tumarlanarlar çimdirilərlər,gəzintiyə də rejimlə çıxarılarlar,həm də yalnız sahibiylə,ikicə gün küçədə sahibsiz qalsalar naz-nemətdən məhrum olduqları üçün küskünləşib məhv olarlar.Küçə itləri isə belə nazlanmaqdan məhrumdurlar və yalnızca tapanda yeyərlər,tapmayanda ac yatarlar,o üzdən immunitetləri güclü olar.Ona görə də İsrail ordusu Qəzzaya girməkdən çəkinir.Girərsə yalnız ilk günün sevincini yaşaya bilərlər,sonrakı günlər isə HƏMASla küçə döyüşlərində təkbətək boğuşmada şübhəsiz məğlub olacaqlar.Stalinqrad və Berlin küçə vuruşmalarında şöhrətli alman ordusunun,Dudayev vaxtında Qroznı küçə vuruşmasında şöhrətli rus ordusunun bataqlığa batdığı kimi.Qəzzada evlər yerlə yeksan olsa da bunkerlər salamatdır.