Menu

Blinken Azərbaycanın Ermənistana hücum planları barədə xəbərdarlıq etməyib - Dövlət Departamenti “Politico”nu təkzib edib

15.10.2023, 12:47
Blinken Azərbaycanın Ermənistana hücum planları barədə xəbərdarlıq etməyib - Dövlət Departamenti “Politico”nu təkzib edib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinken amerikalı qanunvericilərə Azərbaycanın Ermənistana hücum ehtimalı barədə açıqlama verməyib, bu, düzgün deyil və heç də reallığı əks etdirmir.

Bu barədə “Report”a ABŞ-ın Bakıdakı səfirliyindən məlumat verilib.

Dövlət Departamentinin rəsmi nümayəndəsinə istinadən “Report”un redaksiyasına göndərilən məlumatda deyilir:

“Bu məqalədəki (“Politico”dakı məqaləyə istinad - Qeyd) ifadələr qeyri-dəqiqdir və dövlət katib Blinkenin amerikalı qanunvericilərə dediklərini heç bir şəkildə əks etdirmir”.

Qeyd edək ki, Avropanın “Politico” nəşri Amerika diplomatiyasının rəhbərinin konqresmenlərlə görüşündə guya Azərbaycanın Ermənistana mümkün hücumu barədə xəbərdarlıq etdiyi barədə məqalə dərc edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol