Menu

İsrail “Hizbullah”ın Livandakı infrastrukturuna zərbələr endirir

15.10.2023, 19:48
İsrail “Hizbullah”ın Livandakı infrastrukturuna zərbələr endirir

İsrail təyyarələri “Hizbullah”ın Livandakı infrastrukturuna zərbələr endirir.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (İMO) mətbuat xidməti məlumat yayıb.

“İMO qırıcıları hazırda “Hizbullah”ın Livandakı hərbi infrastrukturuna zərbələr endirir”, - açıqlamada deyilib.

Mətbuat xidməti nəql edib ki, Livanla sərhəddə İsrail hərbçilərinə atəş açılması ilə əlaqədar həmin bölgədəki Müdafiə Ordusunun əsgərləri cavab atəşi açırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol