Menu

“Ukraynanın itkiləri bizimkindən 8 dəfə çoxdur” - Vladimir Putin

16.10.2023, 09:21
“Ukraynanın itkiləri bizimkindən 8 dəfə çoxdur” - Vladimir Putin

“Ukraynanın itkiləri bizimkindən 8 dəfə çoxdur”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çin KİV-inə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna əks-hücum zamanı ciddi itkilər verir: “Əks-hücum əməliyyatları iyunun 4-dən davam edir. İndiyə qədər heç bir nəticə yoxdur, yalnız böyük itkilər var”.

Qeyd edək ki, V.Putin daha əvvəl Ukraynanın əks-hücumunun tamamilə iflasa uğradığını söyləmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol