Menu

Netanyahu Qəzza zolağında beş saatlıq atəşkəslə bağlı məlumatı təkzib edib - YENİLƏNİB

16.10.2023, 11:38
Netanyahu Qəzza zolağında beş saatlıq atəşkəslə bağlı məlumatı təkzib edib - YENİLƏNİB

İsrailin Baş naziri Benyamin Netanyahu xaricilərin və humanitar yardımların keçməsi üçün Rəfah nəzarət-buraxılış məntəqəsi yaxınlığında atəşkəs elan olunması ilə bağlı mətbuatda yayılan xəbərləri rəsmən təkzib edib.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

HAMAS qruplaşması da Qəzza zolağında 5 saatlıq atəşkəs rejiminin tətbiq olunması xəbərini təkzib edib.

***

Qəzza zolağının cənubunda müvəqqəti atəşkəs elan olunub.

“Report” xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, atəşkəs 5 saat davam edəcək.

Məqsəd əcnəbi vətəndaşların bölgədən çıxışını təmin etmək, eləcə də Qəzzaya humanitar yardım çatdırmaqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol