Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir səra səmərəli tədbirlər həyata keçirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 şəxs saxlanılıb.
Həmin tədbirlər nəticəsində saxlanılaraq aidiyyəti üzrə polis orqanlarına gətirilən şəxslərin üzərlərindən çeşidli narkotik və psixotrop maddələr o cümlədən güclü təsir edici narkotik vasitələr aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər barəsində toplanılmış materiallar Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.
Hazırda bu qəbildən olan tədbirlər davam etdirilir.


Şərhlər
DİN bir gündə 23 nəfəri necə tapıb? Maraqlı odur ki,sonra nə olacaq?Bunlar məhkəməyə cəlb edilib həbs ediləcəklər,yoxsa kiməsə müəyyən məbləği ödəyib buraxılacaqıar?indiyə qdər tutulanların da talei nə olduğu.necə olduğu bəlli edilməyib.Narkomaniya isə vüsət alıb,hətta orta məkrəblərə də çatıb.Bunun sonu milli faciə deyilmi?Niyə ciddi iş aparılmır?