Menu

“İsrail-HƏMAS müharibəsi inflyasiya risqini artırır” - “Qloballaşma dalana dirənib”

16.10.2023, 12:18
“İsrail-HƏMAS müharibəsi inflyasiya risqini artırır” - “Qloballaşma dalana dirənib”

“Dünya iqtisadiyyatı İsrail-HƏMAS müharibəsi və Ukraynada davam edən müharibə səbəbindən böyük qeyri-müəyyənlik yaşayır”. 

"AzPolitika.info” xəbər verir ki, tanınmış “Wells Fargo” beynəlxalq maliyyə təşkilatının hesabatında belə deyilir.

Hesabatda qeyd olunur ki, bu savaşlar artıq olduqca qloballaşmış dünya iqtisadiyyatında ölkələr və iqtisadiyyatlar arasındakı əlaqələri qırır. Nəticədə proteksionist, yəni, daxili bazarı qoruyan iqtisadi siaysət aparan dövlətlərin sayı artır.

Bu, dünya bazarında rəqabəti azaldır. Rəqabətin azalması isə inflyasiyanı qaçılmaz edir. Mütəxəssislər hesab edirlər ki, artıq qloballaşma dalana dirənib və siyasi müstəvidə yaranan problemlər dünya iqtisadiyyatına da daha böyük böyük çətinliklər yaradacaq.

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol