Menu

Putinin Avdeyevka etirafı... - Rus qoşunlarının hücum cəhdi baş tutmayıb

16.10.2023, 12:28
Putinin Avdeyevka etirafı... - Rus qoşunlarının hücum cəhdi baş tutmayıb

Çin KİV-lərinə müsahibə verən Vladimir Putin rus qoşunlarının Donetsk vilayətinin Avdeyevka yaşayış məntəqəsi istiqamətindəki hücumunun uğursuz alındığını dolayısı ilə etiraf edib.

“AzPolitika.info” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.

Belə ki, Putin Rusiya ordusunun bu günlərdə başlatdığı hücumu “aktiv müdafiə” adlandırıb. Hansı ki, son günlər Rusiya KİV-ləri rus ordusunun bu istiqamətdə hücuma keçdiyini həvəslə tirajlayırdı. Lakin hücum cəhdləri uğursuzluğa düçar olduğundan Putin bunu hücum yox, “aktiv müdafiə” adlandırmalı olub. Artıq bir çox Rusiya KİV-ləri də hücumun alınmadığına dair xəbərlər yayırlar.

Mütəxəssislər qeyd edirlər ki, rus qoşunlarının burada cəbhəni yarmaq cəhdləri böyük itkilərə gətirib çıxarıb. Həmin itkilərə baxmayarq, heç bir ciddi irəlıiləyiş əldə olunmayıb.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol