Menu

Araz İmanov işdən çıxarıldı

16.10.2023, 14:31
Araz İmanov işdən çıxarıldı

Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanovun işdən çıxarılması barədə məlumat yayılıb.

Araz İmanov “Qafqazinfo”ya açıqlamasında işdən çıxarılması ilə bağlı xəbərin doğru olduğunu bildirib.

O, işdən hansı səbəbdən ayrılması ilə bağlı şərh vermək istəmədiyini vurğulayıb.

Xatırladaq ki, A.İmanov sabiq deputat, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovun oğludur.

Antiterror əməliyyatından sonra onun “Biz və bizim dağlar” abidəsi üzərində Azərbaycan bayrağı asıb foto paylaşması böyük marağa səbəb olmuşdu. Sonradan mediada Araz İmanovun bu hərəkətinin daşıdığı vəzifəyə uyğun olmadığı barədə yazılar dərc edilmişdi.

Qeyd edək ki, faktla bağlı ilk məlumatı Bakupost.az yayıb.

Şərhlər

X 2023-10-16 19:44:16

ARAZ IMAMOVU IŞDƏN CIXARMAYIN O ABIDƏNI ORDAN CƏHƏNNƏM EDIN.
BU ŞƏXSIN IŞDƏN ÇIXARILMASI LAP LAP HAQSIZLIQDIR

daşdəmir 2023-10-16 15:33:55

dövlət bayrağını asmağa görə adamı işdən çıxararlar?

t.ədalət 2023-10-16 14:36:03

Bu abidə erməniliyin simvoludur.Anası,arvadı və qaynanası erməni olanların da mənzillərində bu abidənin şəkli var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol