Menu

Nikol Paşinyan Fransaya gedib

16.10.2023, 16:20
Nikol Paşinyan Fransaya gedib

Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Strasburq şəhərinə işgüzar səfərə gedib.

"Report" xəbər verir ki, bu barədə onun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, N.Paşinyan sabah, oktyabrın 17-də Avropa Parlamentində çıxış edəcək və qurumun rəhbəri Roberta Metsola ilə görüşəcək.

Ermənistan baş nazirinin səfər çərçivəsində bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol