Menu

ABŞ ordusu Mərkəzi Qüvvələrinin komandanı İsraildə səfərdədir

17.10.2023, 10:54
ABŞ ordusu Mərkəzi Qüvvələrinin komandanı İsraildə səfərdədir

ABŞ ordusunun Mərkəzi Qüvvələrinin (“Centcom”) komandanı general Maykl Kurilla İsraildə səfərdədir.

“Report” xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

O, İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Qersi A-Levi ilə ölkənin cənub və şimal ərazilərindəki döyüş vəziyyətini, ABŞ-ın dəstəyini, habelə hərbi münaqişənin aradan qaldırılması məsələlərini müzakirə edəcək.

“İsrailin özünü müdafiə üçün zəruri olan bütün vasitələrlə təmin etmək üçün buradayam. Mən münaqişənin böyüməsinin qarşısını almağa xüsusi diqqət yetirirəm”, - general səfərinin məqsədi barədə danışarkən vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol