Menu

Trampdan növbəti irqçi açıqlama - Bu miqrantları deport etməyi vəd edir

17.10.2023, 11:53
Trampdan növbəti irqçi açıqlama - Bu miqrantları deport etməyi vəd edir

ABŞ-ın sabiq pezidenti Donald Tramp yenidən prezident seçiləcəyi halda, HƏMAS-ı dəstəkləyən miqrantlara qarşı sərt tədbirlər görəcəyini açıqlayıb.

"AzPolitika.info" bu barədə “Reuters” agentliyinə istinadla xəbər verir.

O vurğulayıb ki, HƏMAS-ı açıq şəkildə dəstəkləyən mühacirlərin ABŞ-a girişinini qadağan etmək, həbs etmək və deportasiya etmək üçün göstərişlər verəcək.

Tramp deyib ki, Ağ Evə ikinci müddətə seçilərsə, İsrailin mövcudluq hüququna inanmayan hər kəsin ABŞ-a girişini qadağan edəcək.

Tramp bazar ertəsi Liviya, Somali, Suriya və Yəməndən və ABŞ-in təhlükəsizliyini "təhdid edən" başqa yerlərdən immiqrantları qadağan edəcəyini demişdi. 

Rüfət

AzPolitika.info

Şərhlər

Oxucu. 2023-10-17 11:58:17

Bu dünyanın işini bilmək olmaz,Allah S.Vurğun rəhmət etsin,dünən fərman verən bu gün can verir.Bəlkədə sən gələnəcən ABŞ adında dövlət olmayacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol