İsrail ABŞ-dan təcili hərbi yardım qismində 10 milyard dollar istəyib.
AzPolitika.info xəbər verir ki, bu barədə «The New York Times» nəşri yazıb.
Nəşrin danışdığı üç məlumatlı məmurun sözlərinə görə, yardım paketi indi Konqres tərəfindən Ağ Evlə razılaşdırılaraq formalaşdırılır. Buraya Ukrayna, Tayvan və ABŞ-Meksika sərhədi boyunca hüquq-mühafizə orqanlarının fəaliyyətini təkmilləşdirmək üçün vəsait də daxil olacaq.
ABŞ Senatının çoxluğunun lideri Çak Şumer oktyabrın 15-də Təl-Əvivə səfəri zamanı bildirib ki, amerikalı qanunvericilər İsrailə «Dəmir Qübbə» raketdən müdafiə sistemi üçün ehtiyat sursatlar, dəqiq bombalar, standart bombaları dəqiq mərmilərə çevirmək üçün JDAM dəstləri və 155 millimetrlik sursatla təmin edilməsini müzakirə ediblər.
Rüfət
AzPolitika.info.


Şərhlər