Menu

“Azərbaycan insanlığa qarşı cinayət törədən şəxsləri cəzalandırmaqla bəşəriyyət adından çıxış edir” – Millət vəkili

17.10.2023, 18:28
“Azərbaycan insanlığa qarşı cinayət törədən şəxsləri cəzalandırmaqla bəşəriyyət adından çıxış edir” – Millət vəkili

“Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması istiqamətində Azərbaycan tərəfindən atılan ən ciddi addımlar fonunda Ermənistan yenə də öz destruktiv fəaliyyətini davam etdirir və bəzi beynəlxalq hüquqi mexanizmlərdən ölkəmizə qarşı istifadə etməyə çalışır”.

“AzPolitika.info” xəbər verir ki, bunu deputat Nizami Səfərov Milli Məclisin iclasında çıxışında bildirib. O, qeyd edib ki, bu məntiqsiz fəəliyyətin bir nümünəsini də biz Beynəlxalq Məhkəmədə “İrqi ayrı-seçkiliyinin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyadan irəli gələn mübahisənin baxışında müşahidə edirik.

Millət vəkili xatırladıb ki, Ermənistan növbəti dəfə Beynəlxalq Məhkəməyə Azərbaycana qarşı yeni doqquz aralıq tədbirnin tətbiq edilməsi haqqında müraciət edib: “Vaxtın azlığını nəzərə alraq mən bunlardan yalnız birinə diqqət yetirəcəm. Mənfur qonşularımızın təqdim etdiyi sayca yeddinci aralıq tədbirinə əsasən Məhkəmədən xahiş olunur ki, Azərbaycan Qarabağın hazırki və ya keçmiş siyasi nümayəndələrinə və ya hərbi qulluqçularına qarşı cəza tədbirləri tətbiq etməkdən çəkinsin. Öz ağırlığı və ictimai təhlükəlilik dərəcəsinə görə bütövlükdə cinayət əməllərinin ierarxiyasında ən yüksək pillədə yerləşən beynəlxalq cinayətlər – soyqırım, insanlıq əlehinə cinayətlər, müharibə cinayətləti törədən şəxslərin, xüsusilə təhlükəli transmilli cinayətlər – terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi kimi əməllər törədən separatçı rejimin funksionerlərinin cinayət məsuliyyətindən kənarda qalması beynəlxalq birliyin qlobal səviyyədə tətbiq etdiyi qanunun aliyiyi prinsipinə zidd olması ilə yanaşı, eyni zamanda müharibə canilərinin cəzasızlığına qətirib çıxara bilərdi”.

N.Səfərovun sözlərinə görə, Azərbaycan insanlığa qarşı cinayət törədən şəxsləri cəzalandırmaqla, təkcə öz adından deyil, eyni zamanda bütöv bəşəriyyət adından çıxış edir.

“Heç kəsdə zərrə qədər şübhə olmasın ki, bütün canilər ədalət mühakiməsi qarşısında cavab verəcəklər və layiq olduqları cəzalara məhkum olunacaqlar. Cənab Prezidentin Xankəndi şəhərində Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi, Bakıya tanklarla gəlmək istəyən, bizi hədələyən üç təlxək bu gün öz layiqli cəzasını gözləyir. Onların acı aqibəti bütün müharibcə canilərinə ən ciddi xəbərdarlıqdır”, - deputat vurğulayıb.

“AzPolitika.info”           

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol