Menu

“Qarşıdakı saatlarda İsrailə...” - İrandan İsrailə növbəti xəbərdarlıq

18.10.2023, 14:55
“Qarşıdakı saatlarda İsrailə...” - İrandan İsrailə növbəti xəbərdarlıq

“Qarşıdakı saatlarda İsrailə qarşı hər cür önləyici tədbir görülə bilər”.

“AzPolitika.info” xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan mətbuata açıqlamasında bildirib.

İranlı nazir İsrailin Qəzzada istədiyi hər şeyi etməsinə icazə verməyəcəklərini deyib.

“Son illər ölkələrin müstəqilliyini qorumaq, eləcə də İsrail rejiminə qarşı mübarizə aparmaq üçün bölgədəki bəzi qruplar təşkilatlanıblar. Bu müharibənin miqyası öz-özünə genişlənəcək və bu vəziyyət İsrailin coğrafi xəritəsinin dəyişməsinə səbəb olacaq”- deyə o, xəbərdarlıq edib.

İranın münaqişəyə qoşulma ehtimalından da danışan Abdullahiyan, “Bu məsələdə hər bir ehtimal düşünülə bilər” ifadəsini işlədib.

“AzPolitika.info”

Şərhlər

Mehman 2023-10-18 15:34:36

siz şərəfsiz haftava rejimi həması qızışdırıb saldız ortaya indi uzaqdan baxıb gülürsüz.ALLAH sizində israilində bəlasını versin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol