İranın BMT-dəki Daimi Nümayəndəliyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzza müharibəsində humanitar fasilə tələb edən qətnaməsinə veto qoyduğuna görə ABŞ-ı sərt tənqid edib. Tehran təmsilçisi Vaşinqtonun fələstinlilərə qarşı davam edən müharibə cinayətlərinə görə məsuliyyət daşıdığını bildirib.
“Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının humanitar yardım tələb edən qətnaməsinə bir daha veto qoymaqla aparteid rejiminin fələstinlilərə qarşı törətdiyi hərbi cinayətlərə və soyqırıma görə əsas məsuliyyəti öz üzərinə götürür”, - missiyanın bəyanatında deyilir.
Braziliyanın hazırladığı qətnamə Qəzza zolağına humanitar yardımın daxil olması üçün Qəzzada hərbi əməliyyatların dayandırılmasını tələb edir.
Xatırladaq ki, bazar ertəsi Rusiya tərəfindən hazırlanmış Qəzza zolağında humanitar atəşkəsə çağıran qətnamə layihəsi də BMT Təhlükəsizlik Şurası tərəfindən rədd edilib.
“AzPolitika.info”


Şərhlər
Lap əcəb eləyir.Terrorizmin kökünü kəsmək lazımdır.