Berlində icazəsiz Fələstin tərəfdarı nümayiş zamanı azı 174 nəfər həbs edilib, 65 polis yaralanıb.
"AzPolitika.info" bu barədə «Deutschs Welle»yə istinadla xəbər verir.
Almaniya hakimiyyəti İsrail və HƏMAS arasında münaqişəyə cavab olaraq təşkil edilən Fələstin tərəfdarı etirazları qadağan edib.
Neukölln bölgəsində polislə dağılmaq əmrinə tabe olmayan nümayişçilər arasında toqquşma baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bəzi iştirakçılar pirotexniki vasitələrdən istifadə edib, barrikadalar qurub, polisə daş və «molotov kokteyli» atıblar. Hadisə zamanı bir neçə avtomobil və bir ağac da yanıb.
Polis yanğınları söndürmək də daxil olmaqla, su şırnaqlarından istifadə edib. Yanğınsöndürmə idarəsi bir neçə kiçik yanğına da müdaxilə etdiyini bildirib.
Berlin polis rəisi Barbara Slovik regional yayımçı RBB-yə bildirib ki, Neuköllndə vəziyyət "gərgin"dir.
Hadisə çərşənbə günü səhər tezdən Berlindəki yəhudi icma mərkəzinə iki "molotov kokteyli" atıldıqdan sonra baş verib.
Rüfət
AzPolitika.info


Şərhlər