Son məlumatlara görə, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu nəticəsində 19 rusiyalı həlak olub. Bu barədə Rusiyanın İsraildəki səfirliyi məlumat yayıb.
Oktyabrın 14-də yayılan məlumatda 16 rusiyalının öldüyü bildirilirdi. 7 Rusiya vətəndaşı itkin düşmüş hesab olunur. Qəzza zolağında iki Rusiya vətəndaşı girov saxlanılır. Ümumilikdə, İsraildə də HƏMAS-ın hücumuı nəticəsində 1400-ə yaxın insan həlak olub.
İsrailin Fələstin ərazilərini bombalaması nəticəsində isə kütləvi qətliamlar baş verir. Fələstin tərəfinin məlumatına görə, Qəzzada ölənlərin sayı 4 000 yaxınlaşır.
İsrail Qəzzada mülki obyektləri gücə-gündüz bonbalamaqda davam edir. Quru əməliyyatina isə hələ başlamayıb. “Reuters” agentliyi xəbər verir ki, İsrail hakimiyyəti müharibə başa çatdıqdan sonra Qəzza zolağı ilə nə edəcəyini bilmədiyindən quru əməliyyatlara başlamır.
“AzPolitika.info”


Şərhlər