Menu

Benzema da Qəzzada törədilən qətliamlara etiraz etdi - Fransalı nazir hiddətləndi

19.10.2023, 23:04
Benzema da Qəzzada törədilən qətliamlara etiraz etdi - Fransalı nazir hiddətləndi

Fransa Daxili İşlər Nazirliyi Kərim Benzemanı Həbib Nurməhəmmədovun paylaşımlarını dəstəklədiyi üçün tənqid edib.

"Bakupost.az" xəbər verir ki, bu barədə Mash Teleqram kanalı məlumat verib.

Qeyd edilib ki, ötən gün Fransada “Qızıl top”un sahibi və dünyanın ən məşhur futbolçularından biri olan Kərim Benzema ilə bağlı qalmaqal yaranıb. Buna səbəb Fransa milli komandasının hücumçusunun sosial şəbəkələrdə İsrail hərbçilərinin bombardman etdiyi Qəzza sakinlərini dəstəkləməsi olub.

Qeyd edək ki,Benzemanın mövqeyini açıq şəkildə bəyan etməsi Fransanın daxili işlər naziri Gerald Darmaneni "özündən çıxarıb". Müsəlmanlara qarçı nifrətini gizlədə bilməyən Gerald Darmaneni Kərimin xeyli müddətdir ki, qatı islamçılığa meylləndiyini iddia edib.  O, fikirlərini "Benzema matçdan əvvəl Fransanın himnini oxumadı, həmçinin, Həbibin yazdıqlarını dəstəklədi" deyə əsaslandırıb.

Qeyd edək ki, burada söhbət rusiyalı güləşçinin Fransa mətbuatında müsəlmanlar və  Peyğəmbərimizlə bağlı dərc olunanları tənqid etdiyi paylaşımlardan gedir.

Belə görünür  ki, Qəzzada günahsız insanların qətliamından məmnun olan Fransanın daxili işlər naziri Benzema kimi vicdanlı insanların  mövqe ortaya qoymasından narahat olub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol