Menu

Bakıda yanğın olub, xəsarət alan var

19.10.2023, 23:44
Bakıda yanğın olub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Binəqədi rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaqlı evin dəhlizində 1 ədəd qaz sobası və 1 ədəd yataq dəsti yanıb. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 10 m² sahədə əriyib və 2 ədəd qapı qarsalanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol