ABŞ Prezidenti Co Bayden İsrail və Ukrayna məsələlərinə dair müraciət edib.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, o, cümə günü Konqresə İsrail və Ukraynaya yardımın maliyyələşdirilməsi üçün təcili sorğu göndərəcəyini bildirib.
"Bu, gələcək nəsillər üçün, Amerikanın təhlükəsizliyi üçün dividendlər ödəyəcək ağıllı bir investisiyadır", Prezident deyib. ABŞ Prezidenti bu yardımın təfərrüatlarını açıqlamayıb, lakin əlavə edib ki, bu, “görünməmiş” olacaq.
Çıxışın əsas məqamları:
"Kütləvi məzarlıqları, işgəncə izləri olan meyitləri unutmuruq. Təcavüzdən ruslar silah kimi istifadə ediblər. Minlərlə ukraynalı uşaq Rusiya tərəfindən valideynlərindən oğurlanıb".
"HƏMAS və Putin fərqli təhdidlər yaradırlar. Amma onların ortaq cəhətləri var: onlar qonşu demokratiyanı tamamilə məhv etmək istəyirlər. Həmas üçün varlıq məqsədi İsraili məhv etmək və yəhudiləri öldürməkdir. Eyni zamanda Putin bunu inkar edir ki, Ukrayna dövlətçiliyi var və ya olub. O, Ukraynanı SSRİ-nin yaratdığını iddia edir”.
"Bu, Amerika üçün niyə vacibdir? Tarix öyrədir ki, diktatorlar təcavüzün əvəzini ödəmədikdə, onlar daha çox xaos, terror və daha çox dağıntı gətirirlər. Onlar davam edir, Amerika və dünya üçün təhlükə artır".
"Putinin hakimiyyət və Ukrayna üzərində nəzarət “susuzluğunu” dayandırmasaq, o, özünü təkcə Ukrayna ilə məhdudlaşdırmayacaq. Putin artıq Polşaya torpaqlarının bir hissəsinin "Rusiyanın hədiyyəsi" olduğunu "xatırlatmaqla" hədələyir. Prezident Estoniya, Latviya və Litvanı “Baltikyanı əyalətlər” adlandırdı.
Əgər biz geri çəkilib, Putinə Ukraynanın müstəqilliyini silmək imkanı versək, bütün dünyada təcavüzkarlar bunu etmək istəməzlərmi?”
"Ukraynalıların işləri yaxşı gedir. Putin Ukraynanı işğal edəndə düşünürdü ki, bir neçə günə Kiyevi və bütün Ukraynanı ələ keçirəcək. Bir ildən çox vaxt keçdi - Putin uğursuzluğa düçar oldu. O, uğursuzluğa düçar olmaqda davam edir. Kiyev hələ də ayaqdadır. Ukrayna Rusiyanın bir vaxtlar “işğal etdiyi” ərazilərin 50%-dən çoxunu geri qaytarıb”.
"Biz HƏMAS kimi terrorçuların və Putin kimi tiranların qalib gəlməsinə icazə verə bilmərik və verməyəcəyik. Mən buna icazə vermirəm. Belə anlarda biz kim olduğumuzu xatırlamalıyıq. Biz Amerika Birləşmiş Ştatlarıyıq! Və edə bilməyəcəyimiz heç bir şey yoxdur. Bunu birlikdə etsək."
“AzPolitika.info”

Şərhlər
Qəribədir vaxtilə anqlisaksların əjdadları ari tayfalarını özləri qırırdılar,indi isə ariləri bir-birinə qırdırırlar, yenə eramızdan əvvəlkilər təkrarlanır,aralıqın otayı butayı,vaxtilə İsgəndərdə bu mubarizəni apardı axırda ari tayfaları onun cəsədini vətəninə yolladılar,bir sözlə Allahın işin yaratdığına,yaşatdığına müdaxilə edənlərin aqibəti pis olur.
Avropada Ukrayniyalar kimi ikinci səmimi,zəhmətkeş bir millət bəlkədə yoxdur,onları Zlenski kimilərin əliylə aldatdılar,doğurdanda həddindən çox sadə olan Ukraniyaları elə onların sədəliyindən istifadə edərək o,boyda ölkəni müharibə poliqonuna çevirdilər,odurki dövlətdə mütləqdir həmin millətin nümayəndəsi rəhbər olsun,birdə heç zaman sadəliyi ilə fərqlənəni dövlət başçısı seçilməməlidir.
Rəngin saralıb deyə ANANAS KİMİsən,Bayden.
Sanıram Ukrayna ve Ukraynalılar tamamile yox olmayınca bütün resmi çıxışlarımda dalı da ağzı kimi qonuşan bu CO durmayacaq. Ne yazıq ki, Zelenski hayla bu CO-nun dilı ilə qoniuşuor.
Yazmırsan olmur yalnız bilməyənlər üçün yazıram,bəyəm Bayden doğurdanda ədalət üçün mubarizə aparır,xeyir? Həlbətdəji yox anqlosaksların dünyaya hökümranlığı və yalnız ingilis dilində hamı danışmalıdır prinsipi ilə hərəkət edir,bunların qarşısına isə üzdə Rusya və arxasında anqlosaksların hökümranlığını qəbul etməyən onlarla dövlətlər çıxır.
Aaaa!Qadam ağzuva!O yanda Rusiya Ukraynada insan haqlarını pozduğu üçün Ukraynaya yardım edirsən,bu yanda isə İsrail Qəzzada insan haqlarını pozduğu üçün Qə\zzaya yox İsrailə yardım edirsən.Sən gərək özün gələydin Qəzzaya,deyəydin nə lazımdı Mahmud Abbas,nə qulluq eliyək,yağmasan da barı gurulduyaydın.Nədəəbu?Nə yamanq qarışdırıfsanq dolaşdırıfsanq özünqü insan haqları məsələsində!