Menu

Növbəti iki gündə hava mülayim və sabit keçəcək, temperatur yüksələcək

20.10.2023, 09:26
Növbəti iki gündə hava mülayim və sabit keçəcək, temperatur yüksələcək

Bəzi rayonlarda müşahidə olunan yağıntı oktyabrın 20-si səhərdən tədricən kəsiləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində bu gün gündüz və oktyabrın 21-22-də hava şəraiti mülayim, sabit keçəcək.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol