Menu

Zəngilan şəhəri belə olacaq - VİDEO

20.10.2023, 09:47
Zəngilan şəhəri belə olacaq - VİDEO

Zəngilan şəhərinin gələcək mənzərəsi ilə bağlı videoçarx hazırlanıb.

"Report" xəbər verir ki, videoçarxı Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti ərsəyə gətirib.

Qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində öz əsrarəngiz təbiəti ilə seçilən Zəngilan şəhəri bu gün tamamilə yenidən qurulur. Təqdim olunan videoda bu şəhərin gələcək mənzərəsi əks olunur.

Xatırladaq ki, 20 Oktyabr-Zəngilan Şəhəri Günüdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol