Menu

İsrail ordusu Livanı və Qəzzanı bombalamağa davam edir

20.10.2023, 11:13
İsrail ordusu Livanı və Qəzzanı bombalamağa davam edir

İsrail Müdafiə Ordusu "Hizbullah"ın Livan ərazisində yerləşən hərbi bazalarına zərbələr endirib.

"AzPolitika.info"  bildirir ki, İsrail ordusu bunun Livandan edilən hücumlara cavab olduğunu bəyan edib. 

Bundan başqa, İsrail ordusu bölgədə bir silahlının öldürüldüyü bir dron zərbəsi həyata keçirildiyini açıqlayıb.

Həmçinin, İsrail Müdafiə Nazirliyinin bəyanatından məlum olur ki, ötən gecə Qəzzanın bombardmanı davam etdirilib. Bu zaman HƏMAS-a aid olduğu bildirilən Qəzza şəhərinin Cəbəliyyə bölgəsindəki  anbarlar, qərargahlar və daha bir məscid bombalanıb. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol