Menu

Rusiya Luqanskda 4 min yeniyetməni müharibəyə cəlb etməyi planlaşdırır – Ukrayna KİV

20.10.2023, 13:58
Rusiya Luqanskda 4 min yeniyetməni müharibəyə cəlb etməyi planlaşdırır – Ukrayna KİV

İşğal olunmuş Luqansk vilayətində və digər rayonlarda Rusiya  yeniyetmələri cəbhəyə hazırlamaq üçün mərkəzlər açır.

"AzPolitika.info" bu barədə “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir.

İddia olunur ki, Luqansk Regional Hərbi Administrasiyasının məlumatına görə, birinci mərhələdə ruslar 14-17 yaş arası təxminən 4 min yeniyetməni müharibəyə cəlb etməyi planlaşdırır.

Məqalədə deyilir ki, yeniyetmələr işğalçıların çatışmazlıq hiss etdiyi xüsusi ixtisaslar üzrə müharibəyə hazırlanacaqlar.

“Təhsil müəssisələrinə ixtisaslar ayrılacaq və, onlara uyğun olaraq təlim təşkil olunacaq", - administrasiyadan bildiriblər.

İşğalçılar uşaqların onlayn fəaliyyətinə də nəzarət edir və müəllimlərə onları təbliğat hərəkatlarına cəlb etməyi əmr edirlər.

Rüfət

"AzPolitika.info"

Şərhlər

t.ədalət 2023-10-20 14:27:14

Putin Qarabağda oplduğu kimi Rusiyada da yeniyetmələrin qəniminə çevrilib.Bu adam manyaklıq edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol