Menu

AZƏRBAYCANDA QADIN POLİTOLOQ SAXLANILIB - Dövlətə xəyanətdə şübhəli blinir (Yenilənib)

20.10.2023, 20:04
AZƏRBAYCANDA QADIN POLİTOLOQ SAXLANILIB - Dövlətə xəyanətdə şübhəli blinir (Yenilənib)

Özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədova həbs edilib.

O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

N.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilib. (Qafqazinfo)

Xatırladaq ki, N.Məmmədova xeyli vaxt idi Azərbaycanda açıq şəkildə Rusiyanın, onun liderinin təbliğatını aparırdı. 

***

Politoloq Nəzakət Məmmədova Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə  məlumat sosial şəbəkələrdə yayılıb. Onun casusluqda ittiham olunduğu bildirilir. 

Ancaq hələlik rəsmi məlumat yoxdur.

“AzPolitika.info”

Şərhlər

Mehman 2023-10-23 10:37:12

Bunlar şariklərdir(balaca it).əsas zəcirdə olan və zənciri rusun əlində olan ... kimi çox güclü köpəklər var. AZƏRBAYCAN TÜRKÜNÜN qanını içməyə hazırdırlar. çox da təbiidir.düşmən elə belə olmalıdır.

oxucu 2023-10-22 22:05:02

Bu yaxinlarda, Xəzər dənizində olan Rusiya Hərbi Dəniz Donanmasının , uzaqmenzilli ballistik
raketleri ile silahlanmış gəmiləri daxil olmuşdu Bakı Dəniz Limanına və Azərbaycan höküməti
böyük hörmətlə qəbul etdi bu Donanmanın komandasını .
Sonra , Patruşev gəldi Bakıya, hətta Prezident cənab I. Aliyev , tez - tez görüşür Kremldə Rusiya Prezidenti V. Putin ilə, yaxşı dostluq münasibətləri var .
Bu məqaqlədə yazılıb : " Özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədova həbs edilib.
Xatırladaq ki, N.Məmmədova xeyli vaxt idi Azərbaycanda açıq şəkildə Rusiyanın, onun liderinin təbliğatını aparırdı. "
Real faktlar ziddiyyətlidir və nə baş verir ki , məqalədə yazılanları anlamaq olmur ?????














Xalidə 2023-10-22 13:38:55

Təbiətən, əski Osmanlı, Qafqaz Türkiyəsi İran şahlığı güneyi (Xəzər elinin ortasını) 18ci əsrdə qaytarandan Abbasqulu ağa Bakıxanovun akkompaniyası altında Böyük bir Qafqaz kimi canfəşanlıqla Rusiyaya, Kremlə can-baş sədaqətləri ilə çalışmaqdadır!

Mubariz 2023-10-22 12:11:12

Hüquq mühafizə orqanları elə gülməli ittihamlar kəşf edir ki ,mat-mətəl qalırıq ,rusa işləməyən vəzifəliləri barmaqla saymaq olar

dadaşyev 2023-10-22 11:53:19

Tutulduğunu anladıq,bəs həqiqətən də təqsiri nə olub görəsən?Nigaran qaldıq.Saxta pul kəsib yoxsa bu da?

Xalid 2023-10-21 19:44:43

Rusiyaya "işləmək" nə vaxtdan cinayət olub?

Vidadi 2023-10-21 15:43:58

Bunun üçün Azərbaycan rəhbərliyində (Prezident aparatı,Nazirlər Kabineti işçiləri araslndakı rusbaşları qovmaq vacibdir.Onlar hamısı Rusiyanın diktəsini əsas götürürlər.ona görə Azərbaycanı Rusiyanın üstəmləkəsindən azad ola bilmir.Bu Azərbaycanın müstəqillik, suverenlik üquqlarının üstündən xətt çəkib.Ona görə Rusbaşlara qarşı ərəkətə keçilməlidir.r

Kolxozdar 2023-10-21 12:46:49

Azərbaycanlıların etnik deportasiyasi, DQMV *Miatsum!* hərbi soyqırım işğal terroru şüurlu Azərbaycan vətəndaşlarını siyasi-hüquqi hərəkata qaldırıb! Əksəriyyətin tanıyıb-qəbul etmədiyi *politoloq* necə vətəninə zidd, Müttəfiq Rusiya liderinin hansı təbliğatını necə, hansı mühitdə apara bilər? PA, MM, Partiya kimi üzvlüyümü varmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol