Ruslar Zaporojyedə Ukrayna Silahlı Qüvvələrindən beş dəfə çox artilleriya itirib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın aparıcı nəşrlərindən olan “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusunun əsas döyüş itkilərinin təxminən 70%-i rusların artilleriya zərbələri nəticəsində baş verib. ABŞ nəşri qeyd edir ki, itkiləri minimuma endirmək istəyən Ukrayna qüvvələri əsas diqqətlərini bu artilleriya qurğularını məhv etməyə yönəldib.
Qeyd olunur ki, Rusiya hələ də daha çox silah və artilleriya qurğularına malik olsa da, dəqiq atış nisbətinə görə, Ukrayna ordusundakı artilleriya sistemlərindən geri qalır.
Hər iki tərəfin hərbi itkilərini araşıdran müstəqil “WarSpotting” analitik qrupunun məlumatına görə, Ukrayna ordusu indiyə qədər Zaporojye vilayətində Rusiyanın 92 artilleriya texnikasını məhv edib. Ukraynanın isə bu döyüşlərdə 19 artilleriya qurğusunu itirdiyi qeyd olunub.
“AzPolitika.info”


Şərhlər