Menu

Bakıda azyaşlının ölməsi faktı ilə bağlı araşdırma aparılır

21.10.2023, 12:39
Bakıda azyaşlının ölməsi faktı ilə bağlı araşdırma aparılır

Bakıda azyaşlının ehtiyatsızlıqdan almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Belə ki, oktyabrın 14-də 2012-ci il təvəllüdlü Abdulla Əlizadənin Nəsimi rayonu, R.Behbudov küçəsində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Abdulla Əlizadənin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazsindən tapdığı kustar üsulla dəmir materialdan hazırlanmış mənşəyi məlum olmayan qurğu ilə yaşadığı evin yataq otağında ehtiyatsız davranması səbəbindən açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol