Menu

Bayden HƏMAS-ın İsrailə niyə hücum etdiyini müəyyən edib

21.10.2023, 12:55
Bayden HƏMAS-ın İsrailə niyə hücum etdiyini müəyyən edib

ABŞ Prezidenti Co Bayden indi də hesab edir ki, HƏMAS-ın İsrailə hücumu Səudiyyə Ərəbistanına görə baş verib.

"AzPolitika.info"  xəbər verir ki,  bunu ABŞ lideri oktyabrın 20-də özünün prezidentlik kampaniyası üçün ianə toplanması çərçivəsində təşkil olunan çıxışı zamanı deyib.

İsrailin Fələstin torpaqlarını işğalda saxlamasını və Qəzzadakı qətliamları xatırlamaq belə istəməyən Baydenin iddiasına görə, HƏMAS İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin potensial normallaşmasını pozmaq istəyib.

O, hazırda Təl- Əvivlə diplomatik əlaqələr olmayan Səudiyyə Ərəbistanının İsraili “tanıya”  bilmək ərəfəsində olduğunu iddia edib "Onlar bilirdilər ki, mən səudiyyəlilərlə danışıqlar masasına oturacağam... Səudiyyə Ərəbistanı İsraili tanımaq istəyirdi".

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol