Menu

ABŞ və İsrail Qəzzada müvəqqəti hökumət yaratmağı düşünür

21.10.2023, 17:27
ABŞ və İsrail Qəzzada müvəqqəti hökumət yaratmağı düşünür

ABŞ və İsrail rəsmiləri arasında Qəzzada «müvəqqəti hökumət» yaratmaq barədə planlar müzakirə edilir.

"AzPolitika.info"  “Bloomberg”-ə istinadən xəbər verir ki, HƏMAS-dan sonra Qəzza zolağının gələcəyini düşünən Amerika və İsrail rəsmiləri mümkün variantları, o cümlədən BMT-nin dəstəyi və ərəb ölkələrinin iştirakı ilə müvəqqəti hökumətin yaradılmasını müzakirə etməyə başlayıblar.

Mənbələr bildiriblər ki, müzakirələr ilkin mərhələdədir və hələ baş verməmiş hadisələrdən, xüsusən də İsrailin quru əməliyyatının uğurundan asılıdır.

Bundan əlavə, onların fikrincə, belə bir imkanın həyata keçirilməsi üçün regionun ərəb ölkələrindən dəstək tələb olunacaq ki, bu da mümkünsüz görünür.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol