Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə Laçın rayonunda Ermənistan tərəfinin basdırdığı minanın detonasiyası nəticəsində ölən ay balasının qalıqlarının görüntülərini paylaşıb.
Prezidentin köməkçisi qeyd edib: “Danışan Şəkillər! Azərbaycanın işğaldan azad edilmiş Laçın rayonunda minanın partlaması nəticəsində həlak olan qonur ayı balasının qalıqları. Partlayış sahəsindən toplanmış minaların damğaları onların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu göstərir. Ermənistan Azərbaycanın əvvəllər işğal olunmuş torpaqlarını milyonlarla mina ilə çirkləndirib və bu mina mülki əhalinin, habelə vəhşi heyvanların həyatını təhlükə altına almaqda davam edir”.
https://report.az/region-xeberleri/hikmet-haciyev-ermenistan-minasinin-partlamasi-neticesinde-olen-ay-balasinin-goruntulerini-paylasib/#::text=Multimedia-,Hikm%C9%99t%20Hac%C4%B1yev%20mina%20partlay%C4%B1%C5%9F%C4%B1%20n%C9%99tic%C9%99sind%C9%99%20%C3%B6l%C9%99n%20ay%C4%B1%20balas%C4%B1n%C4%B1n%20g%C3%B6r%C3%BCnt%C3%BCl%C9%99rini%20payla%C5%9F%C4%B1b,-REG%C4%B0ON


Şərhlər